Hüquqi məlumat

Məxfilik siyasəti

Son yenilənmə: 19 oktyabr 2026

Bu siyasət 10der veb saytı və mobil tətbiqi (birlikdə “Xidmət”) istifadə edərkən hansı məlumatları topladığımızı, onlardan nə üçün istifadə etdiyimizi və hüquqlarınızı izah edir.

1. Topladığımız məlumatlar

  • Hesab məlumatları: ad, e-poçt ünvanı, e-poçtun təsdiq statusu və şifrənin təhlükəsiz heşi. Google və ya Apple ilə daxil olduqda həmin provayderin təqdim etdiyi ad, e-poçt, profil şəkli və hesab identifikatoru saxlanılır.
  • Sessiya məlumatları: giriş sessiyası, IP ünvanı və brauzer/cihaz məlumatı (user agent). Admin hesabları üçün iki mərhələli doğrulama məlumatları.
  • Tenderlər: başlıq, təsvir, büdcə, kateqoriya, başlanğıc və son tarix.
  • Mağaza və təkliflər: mağaza adı, təsviri, telefon nömrəsi, VÖEN (könüllü), fəaliyyət kateqoriyaları, təklif qiyməti və təsviri.
  • Sual-cavab və razılaşma mesajları: tenderlərə verilən suallar, cavablar və alıcı ilə satıcı arasındakı razılaşma yazışmaları.
  • Bildirişlər: tətbiqdaxili bildirişlər, bildiriş seçimləri, brauzer push abunəlikləri və mobil cihazın push tokeni (Firebase Cloud Messaging).
  • Müraciətlər: feedback və şikayət formalarında göstərdiyiniz əlaqə e-poçtu və mətn.
  • Bloklanmış istifadəçilər: blokladığınız istifadəçilərin siyahısı.

Biz reklam izləyiciləri istifadə etmirik və məlumatlarınızı satmırıq.

2. Məlumatlardan istifadə

  • Hesabınızı yaratmaq, girişi təmin etmək və e-poçtunuzu doğrulamaq.
  • Tenderləri, təklifləri, sual-cavabı və razılaşmaları göstərmək və idarə etmək.
  • Yeni tender, təklif və razılaşma hadisələri barədə bildiriş göndərmək.
  • Qanunsuz, fırıldaqçı və ya qəbuledilməz məzmunun qarşısını almaq (moderasiya).
  • Müraciətlərinizə cavab vermək və Xidməti təkmilləşdirmək.

3. Məzmunun moderasiyası

Tender və təklif mətnləri dərc edilməzdən əvvəl avtomatik qaydalarla yoxlanılır. Bu yoxlama aktiv olduqda mətnin özü (başlıq, təsvir, qiymət) süni intellekt əsaslı moderasiya üçün xAI şirkətinin API xidmətinə göndərilir. Moderasiya nəticələri və qərarları sui-istifadənin qarşısını almaq üçün saxlanılır. Şübhəli məzmunu administratorlar əl ilə yoxlaya bilər.

4. Məlumatların ötürüldüyü xidmətlər

  • Hostinq və verilənlər bazası provayderləri (məlumatların saxlanması üçün).
  • Google (Google ilə giriş və e-poçt göndərişi üçün Gmail SMTP).
  • Apple (Apple ilə giriş).
  • Google Firebase Cloud Messaging və brauzer push xidmətləri (bildirişlərin çatdırılması).
  • xAI (məzmun moderasiyası, aktiv olduqda).

Digər istifadəçilər tenderin başlıq və təsvirini, sual-cavabı görə bilər. Büdcə yalnız tender sahibinə, təklif detalları yalnız tender sahibinə, razılaşma yazışmaları isə yalnız razılaşmanın tərəflərinə göstərilir.

5. Saxlama müddəti və hesabın silinməsi

Hesabınızı istənilən vaxt profil səhifəsindən (“Hesabı sil”) və ya mobil tətbiqdən silə bilərsiniz. Silinmə zamanı:

  • sessiyalarınız, giriş məlumatlarınız (şifrə, Google/Apple bağlantısı), bildirişləriniz, push tokenləriniz və blok siyahınız silinir;
  • razılaşması olmayan tenderləriniz, təklifləriniz və suallarınız silinir;
  • başa çatmış və ya ləğv edilmiş razılaşmaların qarşı tərəf üçün tarixçəsi saxlanılır, lakin adınız və e-poçtunuz “Silinmiş istifadəçi” kimi anonimləşdirilir və tenderləriniz gizlədilir.

Davam edən razılaşmanız varsa, hesabı silmədən əvvəl onu tamamlamaq və ya ləğv etmək lazımdır. Moderasiya qeydləri sui-istifadənin qarşısını almaq üçün anonim identifikatorla saxlanıla bilər.

6. Hüquqlarınız

Məlumatlarınıza baxmaq, düzəliş etmək, onları silmək və ya emalına etiraz etmək üçün bizimlə əlaqə saxlaya bilərsiniz.

7. Uşaqlar

Xidmət biznes və fərdi satınalmalar üçün nəzərdə tutulub və 18 yaşdan kiçik şəxslər üçün deyil.

8. Əlaqə

Məxfiliklə bağlı suallar üçün: support@tenderai.az.